İtaliya Ukraynaya 400 silinmiş zirehli transportyor verəcək
sizinxeber.az xəbər saytı

İtaliya Ukraynaya 400 silinmiş zirehli transportyor verəcək


İtaliya Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Il Messaggero” və “Defense Express” nəşrləri məlumat yayıb.

Yardımın M113 tipli tırtıllı zirehli transportyorların İtaliya versiyası olan “VCC-2 Camilino”nu əhatə edəcəyi gözlənilir.

“Il Messaggero” nəşrinin yazdığına görə, İtaliya həmçinin Ukraynaya əməliyyatların planlaşdırılmasına kömək edəcək “peyk müşahidə sistemi” ilə yardım edə bilər. Lakin bu bənd haqqında ətraflı məlumat verilmir.

“Defense Express” qeyd edib ki, “VCC-2 Camilino” amerikan maşını M113A1-in İtaliya modernizasiyasıdır. O, yan tərəflərdə əlavə zirehli müdafiə və açıq qüllə əldə edib.

Açıq mənbələrdən əldə edilmiş məlumatlara görə, İtaliya ordusu üçün 1 200-ə qədər M113 ZTR “VCC-2 Camilino” versiyasına modernizasiya edilə bilərdi. Eyni zamanda, bu ZTR-lər artıq bir müddətdir ki, İtaliya ordusunun silahlanmasında deyil. Son on maşının dörd il əvvəl silindiyı məlumdur.

Lakin “Defense Express”in fikrincə, İtaliyanın Ukraynaya verəcəyi 400 maşının hamısı döyüş qabiliyyətli vəziyyətdə olmayacaq. Ola bilsin ki, bir hissəsi ehtiyat hissələri üçün istifadə olunacaq, digər hissəsi isə əsaslı təmir tələb edəcək.

Oxşar xəbərlər

İtaliya Ukraynaya 10-cu hərbi yardım paketini təsdiqləyib
Niderland Ukraynaya 25 zirehli maşın göndərəcək
İtaliya parlamenti Ukraynaya hərbi yardımın davam etdirilməsi haqqında fərmanı təsdiqləyib
ABŞ Ukraynaya HHM vasitələri və zirehli texnikalar göndərməyi planlaşdırır
Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle