ABŞ-la Ukrayna arasında saziş 50-dən çox faydalı qazıntını əhatə edir
sizinxeber.az xəbər saytı

ABŞ-la Ukrayna arasında saziş 50-dən çox faydalı qazıntını əhatə edir


Vaşinqton və Kiyev arasında imzalanan nadir torpaq metalları haqqında saziş 57 növ faydalı qazıntının - uran, neft, xrom, kobalt, platin və s. hasilatını əhatə edir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın “Avropa həqiqəti” nəşri yazır.

Xüsusilə, müqavilədə alüminium və xromun hasilatından bəhs edilir. Həmçinin razılaşmalar mis, berillium, sink, titan, qalay, litium və onlarla digər metalların hasilatını əhatə edir. Faydalı qazıntıların siyahısı yalnız hər iki tərəfin razılığı ilə genişləndirilə bilər.

"Sənəd yalnız yeni yataqları əhatə edir ki, bunlara lisenziyaları Ukrayna saziş qüvvəyə mindikdən sonra verəcək", - nəşr yazıb.

Ukrayna ABŞ şirkətlərinə nadir torpaq metallarının hasilatı üçün lisenziyaların alınmasında "birinci əl hüququ" verməyib. Bundan əlavə, sazişdə yataqların işlənməsi zamanı iki ölkənin əməkdaşlığının siyasi parametrləri və Vaşinqton tərəfindən Kiyevə yardımın, o cümlədən hərbi yardımın göstərilməsi təsbit edilib.

Qeyd edək ki, mayın 1-nə keçən gecə ABŞ və Ukrayna nadir torpaq metalları haqqında saziş imzalayıblar. Müqavilə hasilat sahəsində birgə layihələrin həyata keçirilməsi üçün İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutur.

Oxşar xəbərlər

Ukrayna və ABŞ bu gün nadir torpaq metalları ilə bağlı saziş imzalaya bilər
Ukrayna Aİ-yə birgə uran, litium və titan hasilatını təklif edib
Vaşinqton və Kiyev nadir metalların hasilatı sazişinin müzakirəsində irəliləyiş əldə edib
Şmıqal: Ukrayna və ABŞ arasında saziş layihəsi 10 illik investisiyaları nəzərdə tutur
Ukrayna XİN başçısı: Kiyev Vaşinqtonla nadir torpaq metalları üzrə razılaşmanı hazırlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər