Fransada Olimpiada ərəfəsində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb
sizinxeber.az xəbər saytı

Fransada Olimpiada ərəfəsində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb


Fransada Olimpiya Oyunları ərəfəsində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə açıqlayıb.

“Fransada son həftələrdə COVID-19 hallarında artım müşahidə olunub ki, bu da səhiyyə sisteminə orta dərəcədə təsir göstərə bilər”, – o söyləyib.

Onun sözlərinə görə, Fransanın ilkin tibbi-sanitar mərkəzlərində koronavirus üçün test zamanı “müsbət halların” nisbəti 25 %-ə çatır, baxmayaraq ki, ÜST xəstələnmə nisbətini “əsas” olaraq 5 %-dən az hesab edir.

“Beləliklə, artım var. Bununla belə, səhiyyə sisteminin ciddi yük altında olmasına dair məlumat yoxdur”, – o vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi
TƏBİB-dən koronavirusun yeni variantı ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ
Azərbaycanda koronavirusun "Eris" variantı aşkarlanıb? - RƏSMİ
Dünyada meymunçiçəyinə 98 minə yaxın yoluxma qeydə alınıb
Fransada Olimpiada zamanı terror aktı törətməyə hazırlaşan şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər