“Bloomberg”: Baydendən fərqli olaraq, Harris Trampdan cəmi 2 faiz geri qalır
ABŞ-nin vitse-prezidenti Kamala Harris Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampdan 2 faiz bənd geridə qalır, amma onun göstəriciləri ABŞ lideri Cozef Baydendən xeyli yaxşıdır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Morning Consult”ın ictimai rəy sorğusunun nəticələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, Baydenin prezidentlik yarışından geri çəkildiyini elan etməsindən sonra ilk böyük sorğudur. Bu qərardan əvvəl Bayden Trampdan 6 faiz geri qalırdı.
Agentlik buna səbəb kimi ABŞ Prezidentinin iyunun sonundakı debatda uğursuz çıxışını göstərir. Bununla belə, onun Harrisi dəstəkləmək qərarı demokratlara qarşıdan gələn seçkilərdə qələbəyə ümid verir.
“Morning Consult”ın sorğusu göstərib ki, Tramp 47 %, Harris isə 45 % səs toplaya bilir.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Oxşar xəbərlər
Harris seçkilərdə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb
Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz
Ağ Ev: Bayden vaxtından əvvəl istefa verməyəcək
Tramp: Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq
NYT: Trampın komandası Harrisə qarşı kampaniya hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













