XİN başçısı: Fransa Roma Papasının seçilməsi prosesinə müdaxilə etmir
sizinxeber.az xəbər saytı

XİN başçısı: Fransa Roma Papasının seçilməsi prosesinə müdaxilə etmir


Fransa yeni Roma Papasının seçilməsi prosesinə müdaxilə etmir.

“Report” xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro RTL radiostansiyasının efirində bildirib.

"Diqqət, feyk xəbər! Biz sabah başlayacaq prosesi, yəni konklavu diqqətlə izləyirik, lakin biz heç bir formada müdaxilə etmirik", - o qeyd edib.

Eyni zamanda, o, yeni Roma Papasının fransız olmasında heç bir problem görmədiyini vurğulayıb.

Daha əvvəl İtaliya KİV-ləri Fransa Prezidenti Emmanuel Makronu yeni pontifikin seçilməsinə təsir göstərməyə çalışmaqda ittiham etmişdi. Şübhələrə səbəb Papa Fransiskin ölümündən sonra Makronun Romada fransız kardinalları və “Sant'Egidio” rəhbəri ilə görüşləri olmuşdu.

Oxşar xəbərlər

Yeni Roma Papasının seçilməsi üçün konklav mayın 7-də toplanacaq
Kinorejissor Martin Skorseze mərhum Roma Papasının da iştirak etdiyi film çəkir
Roma Papasının dəfnində 250 mindən çox insan iştirak edib
Tramp və xanımı Roma Papasının dəfn mərasimində iştirak edəcək
Allahşükür Paşazadə Roma Papasının xatirəsinə açılan başsağlığı kitabını imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər