Bloomberg: Britaniya Dünya Bankına qarşı öhdəliklərini azalda bilər
sizinxeber.az xəbər saytı

Bloomberg: Britaniya Dünya Bankına qarşı öhdəliklərini azalda bilər


Böyük Britaniya Dünya Bankına daxil olan Beynəlxalq İnkişaf Təşkilatına (BİT) təxminən 2,7 milyard dollar ayırmaq öhdəliyinə müdafiə xərclərini artırmaq üçün vəsaitə ehtiyac səbəbindən yenidən baxa bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi iqtidarın planları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

2024-cü ilin noyabrında Britaniya Xarici İşlər Nazirliyi Londonun BİT-ə üç il ərzində 1,98 milyard funt sterlinq (2,66 milyard dollar) ayıracağını elan edib. Assosiasiya üzv dövlətlərin ianələri hesabına dünyanın ən yoxsul ölkələrinə qrantlar və kreditlər təqdim edir.

“Böyük Britaniya inkişaf etməkdə olan ölkələr üçün Dünya Bankı fonduna təxminən 2 milyard funt məbləğində öhdəliyini azaltmağı nəzərdən keçirir”, – materialda qeyd olunub.

Bildirilib ki, Britaniya iqtidarı ABŞ tərəfindən Ukraynaya dəstəyin məhdudlaşdırılması fonunda daha yüksək hərbi xərcləri maliyyələşdirmək üçün xarici yardım büdcəsindən vəsait istifadə etmək istəyir.

Daha əvvəl Britaniyanın Baş naziri Kir Starmer müdafiə xərclərini 2027-ci ilə qədər ÜDM-in 2,3 %-dən 2,5 %-ə qədər artırmaq planlarını elan edib, bu da beynəlxalq inkişaf yardımı büdcəsinin ÜDM-in 0,5 %-dən 0,3 %-ə qədər azaldılması hesabına gerçəkləşdiriləcək.

Oxşar xəbərlər

Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb
Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq - YENİLƏNİB
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb
KİV: Britaniya 10 ildə müdafiə xərclərini 14 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər