Netanyahu: Girovların azad edilməsi üçün intensiv danışıqlar gedir
sizinxeber.az xəbər saytı

Netanyahu: Girovların azad edilməsi üçün intensiv danışıqlar gedir


İsrail rəsmiləri hazırda Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün "intensiv danışıqlar" aparır.

"Report"un xəbərinə görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu oğurlanmış şəxslərin yaxınları ilə söhbətində deyib.

Netanyahu girovların anaları Tamira Nimrodi, Avinatan Or və Eytan Horn ilə telefon danışığı aparıb.

"Baş nazir onları girovların azad edilməsi üçün atılan addımlar və bu günlərdə aparılan intensiv danışıqlar barədə məlumatlandırıb. Baş nazir həm diri, həm də ölü girovların hamısının qaytarılmasına sadiqliyini bir daha bəyan edib", - bəyanatında deyilir.

İsrail tərəfinin son məlumatına görə, Fələstinin radikal HƏMAS hərəkatı hazırda Qəzzada 24 girovu və 35 ölü əsirin meyitini saxlayır.

Oxşar xəbərlər

Netanyahu girovların azad edilməsi üçün intensiv danışıqlar getdiyini açıqlayıb
Netanyahu: Suriyada hakimiyyət dəyişikliyi Qəzzada saxlanılan girovların azad edilməsinə kömək edə bilər
Netanyahu və Bayden Qəzza danışıqlarında irəliləyişi müzakirə ediblər
İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salıb
"The Jerusalem Post": Qəzza ilə bağlı danışıqlar ləng gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər