Çexiyanın xarici işlər naziri: ABŞ-də seçkilərin nəticəsi Avropa üçün həlledici olacaq
sizinxeber.az xəbər saytı

Çexiyanın xarici işlər naziri: ABŞ-də seçkilərin nəticəsi Avropa üçün həlledici olacaq


ABŞ-də bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ən dramatik seçkilərdən biri kimi tarixə düşəcək və onun nəticəsi Avropa üçün həlledici olacaq.

"Report" xəbər verir ki, bu fikirlər Çexiyanın xarici işlər naziri Yan Lipavskinin "X" sosial şəbəkəsindəki paylaşımında yer alıb.

"Biz uzun müddətdir ki, ABŞ-da ən dramatik seçkilərdən birini gözləyirik. Nəticə Avropa üçün həlledici olacaq və biz hadisələrin istənilən inkişafına hazır olmalıyıq”, - nazir yazıb.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib. ABŞ Prezidenti Cozef Bayden isə prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.

Namizədlə bağlı yekun qərar Demokrat Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında veriləcək.

Oxşar xəbərlər

Ağ Ev: Bayden vaxtından əvvəl istefa verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Harris seçkilərdə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Nümayəndələr Palatasının spikeri Baydeni istefaya çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sorğu: Trampın reytinqi sui-qəsd cəhdindən sonra yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bill və Hillari Klinton Harrisi prezidentliyə namizəd kimi dəstəkləyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər