Çin XİN: Ticarət müharibəsində qalib olmayacaq
sizinxeber.az xəbər saytı

Çin XİN: Ticarət müharibəsində qalib olmayacaq


ABŞ-nin rüsumlar vasitəsilə öz məqsədlərinə çatmaq cəhdləri uğursuzluğa məhkumdur, belə siyasət dünya iqtisadiyyatı üçün təhlükəlidir.

“Report” “Global Times”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan bu gün brifinqdə bildirib.

"Məsuliyyətsiz və qanunsuz hərəkətlər uğursuzluqla nəticələnəcək. Bir daha vurğulamaq istəyirəm ki, tarif və ya ticarət müharibəsində qalib olmayacaq", - o bildirib.

Nümayəndənin sözlərinə görə, ABŞ-nin tariflərdən istifadə etməsi digər ölkələrin hüquq və maraqlarına ziyan vurur, Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur, dünya ticarətini və qlobal iqtisadi nizamı dağıdır.

L.Tszyan əlavə edib ki, əgər Vaşinqton digər ölkələrin və beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə almamağa davam edərsə, Çin sona qədər gedəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 9-da Çin mallarına rüsumların 125 %-ə qədər artırılması ilə bağlı qərarını elan edib.

Bundan əvvəl Çin hakimiyyəti Vaşinqtonun hərəkətlərinə cavab olaraq ABŞ məhsullarına rüsumları 34 %-dən 84 %-ə qaldırıb.

Oxşar xəbərlər

ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər
Çin ABŞ-nin 104 %-lik rüsum qərarına qarşı qətiyyətli tədbirlər görəcək
KİV: Çin ABŞ ilə ticarət müharibəsində qalib gəlir
Çin ABŞ-nin ticarət siyasətinə qarşı müqavimət göstərməkdə davam edəcək
Avropa Komissiyası ABŞ-nin ticarət rüsumları ilə bağlı yekun qərarını gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər