Fransanın siyasi elitasında parçalanma: Solçular ölkənin NATO-dan çıxmasını istəyir
sizinxeber.az xəbər saytı

Fransanın siyasi elitasında parçalanma: Solçular ölkənin NATO-dan çıxmasını istəyir


“Tabe olmayan Fransa” solçu partiyasının qurucusu Jan-Lük Melenşon Fransanın sistemli və mütəşəkkil şəkildə NATO-dan çıxmasının tərəfdarıdır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə siyasətçi İspaniyanın “El País” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, alyans müharibə məntiqini ehtiva edir.

“Mən tərksilah və sakitləşmə məntiqini seçirəm. Yelisey sarayında olsaydım, təbii ki, sistemli və mütəşəkkil şəkildə vahid hərbi komandanlıqdan, NATO-dan çıxardım. Xüsusən də müharibə vaxtı, bu söhbətlərə qarışmamaq üçün”, - Melenşon bildirib.

O əlavə edib ki, Aİ-nin Ukraynaya yardım üçün gördüyü tədbirlər yenə təsdiqlənərdi və Fransa bu ölkəyə yardımı dayandırmazdı.

Oxşar xəbərlər

NATO-nun keçmiş baş katibi Makronu və Şoltsu tənqid edib
General: NATO Rusiya ilə müharibə istəmir
NATO-nun Baş katibi Ukraynaya söz verilmiş yardımın göstərilmədiyini etiraf edib
Stoltenberq: NATO Ukraynadakı münaqişədə tərəf olmayacaq
Fransalı siyasətçi ölkəsini NATO-dan çıxmağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər