General: NATO Rusiya ilə müharibə istəmir
sizinxeber.az xəbər saytı

General: NATO Rusiya ilə müharibə istəmir


Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olan ölkələr Rusiya ilə müharibə vəziyyətində olduqlarına inanmır, hadisələrin belə inkişafını istəmir.

“Sizinxeber.az” xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin komandanı, general Kristofer Kavoli deyib.

General bildirib ki, NATO müdafiə ittifaqı olduğu üçün onun məqsədi belə bir müharibənin qarşısını almaqdır.

“NATO ölkələri bizim Rusiya ilə müharibə etdiyimizə inanmırlar. Və biz bunu istəmirik”.

Komandan hesab edir ki, NATO ölkələri Ukraynaya məhz çəkindirmə tədbirlərini həyata keçirmək üçün dəstək verir.

“Ancaq alyans səviyyəsində biz münaqişə tərəfi kimi görünə biləcəyimiz mövqe tutmamağa qərar verdik”.

Oxşar xəbərlər

Stoltenberq: NATO Ukraynadakı münaqişədə tərəf olmayacaq
Stoltenberq: NATO münaqişə bitdikdən sonra uzun illər Ukraynaya kömək etməlidir
Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb
Ukrayna və NATO ortaq silah istehsalına başlayıb
Rusiya ilə savaş başlasa, bu regionu məhv edəcəyik - Litva

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər