Kobaxidze: “Dərin dövlət” Avropaya Ukraynada müharibəni davam etdirməyi əmr edib
sizinxeber.az xəbər saytı

Kobaxidze: “Dərin dövlət” Avropaya Ukraynada müharibəni davam etdirməyi əmr edib


“Dərin dövlət” Avropa strukturlarına Ukraynada hərbi əməliyyatları davam etdirməyi əmr edib.

“Report” xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, bundan əvvəl Amerika strukturları da bu prosesdə iştirak edib:

“İndi “dərin dövlət” müstəsna olaraq Avropa strukturlarına Ukraynada müharibəni davam etdirmək barədə göstəriş verib. Eyni şey Gürcüstanda da daxil olmaqla, anti-dövlət proseslərində iştirak edən təşkilatların maliyyələşdirilməsində də baş verir. Bu təşkilatlar indi yalnız Avropa İttifaqından maliyyələşir.

“Dərin dövlət” Avropa bürokratiyasından öz məqsədləri üçün istifadə edir. Amma Gürcüstanın da öz milli maraqları var, o da Ukraynadakı hadisələrin ölkəmizdə baş verə bilməsinin qarşısını almaqdan ibarətdir”.

Kobaxidze qeyd edib ki, Ukrayna dağıntılara və böyük itkilərə məruz qalıb, lakin Avropa bürokratiyası ilə yaxşı əməkdaşlıq edir. Onun sözlərinə görə, Gürcüstan belə bir ssenaridən və Rusiya ilə ikinci qarşıdurma cəbhəsinin açılmasından yayına bilib ki, bu da “dərin dövləti” qəzəbləndirib.

Oxşar xəbərlər

Kobaxidze: “Dərin dövlət” Avropa strukturlarına Ukraynadakı müharibəni uzatmağı tapşırıb
Kobaxidze: ABŞ-də FARA-nın yumşaldılması "dərin dövlət" və Gürcüstan faktoru ilə bağlıdır
İrakli Kobaxidze İlham Əliyevlə görüşə gəlib
Kobaxidze Gürcüstanın Avropaya inteqrasiyası öhdəliklərinə sadiq qaldığını bildirib
Kobaxidze: Biz və övladlarımız Avropa bürokratiyasının şantajına məruz qaldıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər