KİV: İsrail Qəzza zolağında quru əməliyyatlarını genişləndirib
İsrail Müdafiə Ordusu Qəzza zolağının şimal və cənubunda quru əməliyyatlarını genişləndirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Walla” xəbər portalı məlumat yayıb.
“İsrail ordusu aprelin 5-i gecə saatlarında Qəzza zolağının şimal və cənubunda quru əməliyyatlarını genişləndirib. Beyt-Hanun, Beyt-Lahiya, Rəfah və "Moraq" yolunda əlavə rayonları nəzarətə götürüb”, - məlumatda qeyd edilib.
Bildirilib ki, bütün gecəboyu İsrail Hərbi Hava Qüvvələri və artilleriya batareyaları terrorçuların hədəflərinə zərbələr endirmək və quru qüvvələrini dəstəkləmək üçün fəaliyyət göstərib.
Qeyd edək ki, "Moraq" oxu Rəfah və Xan-Yunis şəhərləri arasında uzanır və 2005-ci ildə İsrailin birtərəfli ayrılma planı çərçivəsində sökülən “Moraq” yəhudi məskəninin adını daşıyır. Bu xətt təxminən 15 kilometr uzunluğunda olan və Misirlə Qəzza arasındakı “Filadelfiya dəhlizi”nə paralel yerləşir.
Oxşar xəbərlər
İsrail Ordusu Qəzzanın cənubunda quru əməliyyatlarını genişləndirir
İsrail Ordusu Qəzza zolağının cənubunda quru əməliyyatına başladığını elan edib
İsrail ordusu Qəzzanın Rəfah şəhərindən texnikanı çıxarmağa başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
