BMT İranı və ABŞ-ni diplomatik dialoqa çağırıb
sizinxeber.az xəbər saytı

BMT İranı və ABŞ-ni diplomatik dialoqa çağırıb


BMT İranı və ABŞ-ni diplomatik dialoqa çağırıb.

“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib.

Sözçü əlavə edib ki, BMT bütün tərəflərin ritorikanı azaltmasını istəyir:

“BMT nizamnaməsi üzv dövlətləri bütün mübahisələri diplomatik yollarla həll etməyə təşviq etmək baxımından çox açıqdır. Dünyanın bu regionu ilə bağlı hər kəsi gərginliyi artıran ritorikadan çəkinməyə çağırırıq. Həqiqi diplomatik dialoqa qayıtmaq mümkündür”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İranı təhdid edib. Tramp ötən həftə sonu İranı bombalamaqla hədələyib. Bu təhdid, ABŞ-nin Hind okeanında yerləşən strateji bazaya B-2 “stealth” bombardmançı təyyarələrini yerləşdirməsi fonunda baş verib. Bu təyyarələr, Yaxın Şərqdəki hərbi əməliyyatlar üçün istifadə edilən bazaya yerləşdirilib.

Tramp qeyd edib ki, əgər İran Vaşinqtonla yeni nüvə sazişi bağlamasa, ABŞ onu bombalayacaq. O, martın əvvəlində İran rəhbərliyinə göndərdiyi məktubda danışıqlar üçün şərtlərini irəli sürüb və Tehranı qərar vermək üçün iki aylıq müddət çərçivəsinə salıb.

İranın ali rəhbəri Ayətullah Əli Xamenei öz növbəsində bildirib ki, əgər ABŞ Prezidenti Donald Trampın Tehranı bombalamaq təhdidini həyata keçirsə, Vaşinqton güclü zərbə alacaq.

Oxşar xəbərlər

Tramp İranı husilərə dəstəyi dərhal dayandırmağa çağırıb
ABŞ İranı hədələyib
Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb
Norveç XİN ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb
Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle