Polşa, Estoniya, Latviya və Litva Ottava müqaviləsindən çıxır
sizinxeber.az xəbər saytı

Polşa, Estoniya, Latviya və Litva Ottava müqaviləsindən çıxır


Polşa, Estoniya, Latviya və Litva piyada əleyhinə minalardan istifadəni qadağan edən Ottava müqaviləsindən çıxacağını elan edib.

APAPolitico”ya istinadən xəbər verir ki, bu barədə həmin ölkələrin müdafiə nazirlərinin birgə bəyanatında deyilir. Bildirilir ki, həmin addım qlobal gərginlik fonunda Şərq cəbhəsinin etibarlı müdafiəsinin təşkili məqsədilə atılıb.

Estoniyanın müdafiə naziri Hanno Pevkur bunu rəsmi Moskvaya xəbərdarlıq kimi dəyərləndirir:

“Ottava Konvensiyası barədə qərar qarşılıqlı anlaşma şəraitində qəbul edilməlidir. Bəyan edirik ki, hazırda bizim yeni silah növləri yaratmaq və ya qadağan edilən hərbi sursatdan istifadə etmək fikrimiz yoxdur”.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen ölkəsinin də bu sənəddən çıxacağını açıqlayıb.

Qeyd edək ki, haqqında bəhs olunan saziş 1997-ci ildə imzalanıb.

Oxşar xəbərlər

Latviya, Litva və Estoniya prezidentləri Gürcüstana səfər edəcək
Litva Latviya və Estoniya ilə birlikdə elektrik stansiyası tikmək niyyətindədir
Latviya, Litva və Estoniya prezidentləri Gürcüstana səfər edə bilərlər
Litva Rusiya ilə sərhədə tank əleyhinə “əjdaha dişləri” quraşdırıb
Gürcüstan Litva və Estoniyaya qarşı qarşı cavab sanksiyaları tətbiq etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər