sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ-nin Səhiyyə Nazirliyi bütün əməkdaşlara işdən çıxmağı təklif edib
ABŞ-nin Səhiyyə Nazirliyi ölkə administrasiyasının elan etdiyi kütləvi ixtisarlar fonunda bütün əməkdaşlara işdən çıxmağı təklif edib.
“Report” xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrinə istinadən məlumat yayıb.
“ABŞ-nin Səhiyyə Nazirliyi bütün əməkdaşlarına 25 min dollar ödənilməsi müqabilində könüllü istefa vermə ehtimalı barədə məlumatlandırılıb”, - reportajda deyilir.
Kanalın məlumatına görə, bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən həyata keçirilən dövlət qulluqçularının sayını kütləvi şəkildə ixtisar etmək kampaniyasının bir hissəsidir.
İşdən çıxarılma təklifi martın 14-dək etibarlıdır. Nazirlikdə ümumilikdə 80 mindən çox işçi çalışır.
Oxşar xəbərlər
ABŞ-nin Səhiyyə Nazirliyi bütün əməkdaşları işdən çıxarmağı təklif edib
Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı
KİV: Tramp administrasiyası ABŞ-nin nüvə təhlükəsizliyi agentliyinin yüzlərlə əməkdaşını işdən çıxarıb
ABŞ-də NNSA-nın yüzlərlə əməkdaşının işdən çıxarılması ilə bağlı qərar ləğv edilib
KİV: Ağ Ev minlərlə səhiyyə əməkdaşını işdən çıxarmaq əmri üzərində işləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













