Argentinada daşqın qurbanlarının sayı artıb, yüzlərlə insan təxliyə olunub
sizinxeber.az xəbər saytı

Argentinada daşqın qurbanlarının sayı artıb, yüzlərlə insan təxliyə olunub


Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Buenos-Ayres əyalətinin polisi məlumat yayıb.

Qeyd edilir ki, daşqınlardan zərər çəkmiş liman şəhəri Baiya-Blanka şəhərində ölənlərin sayı artıb. Açıqlamada axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilir.

Evlər və bir sıra inzibati binaların su altında qaldığı Baiya-Blankada elektrik enerjisi də kəsilib.

Təhlükəsizlik naziri Patrisiya Bullriç və müdafiə naziri Luis Petri daşqından zərər çəkmiş şəhərə baxış keçirib.

Yerli medianın məlumatına görə, şəhərdə təxliyə edilənlərin sayı 900-ü keçib.

Oxşar xəbərlər

Argentinada daşqınlar nəticəsində 6 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentinada daşqınlar nəticəsində azı 10 nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşada daşqınlar nəticəsində azı 9 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vyetnamda tayfun nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniyada yağış və daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfəri ötüb - YENİLƏNİB-4 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər