Özbəkistan və Türkiyə 10 milyard dollarlıq yeni investisiya layihələri formalaşdırıb
Özbəkistan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası zamanı 10 milyard ABŞ dolları dəyərində yeni investisiya layihələri formalaşdırıblar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“10 milyard dollar dəyərində yeni investisiya layihələri portfeli formalaşdırılıb”, - məlumatda deyilir.
Mətbuat xidmətindən əlavə edilib ki, tərəflər ikitərəfli ticarət dövriyyəsinin həcmini qısa zamanda 5 milyard dollara çatdırmaq vəzifəsini qarşıya hədəf qoyublar.
Məlumatda qeyd olunur ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 dəfə, müştərək müəssisələrin sayı 2 dəfə, Türkiyənin Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 2,5 dəfə artıb.
“Güzəştli ticarət haqqında Saziş çərçivəsində gömrük tariflərinin azaldılması və İstanbul şəhərində Özbəkistanın ticarət nümayəndəliyinin açılmasının zəruriliyi vurğulanıb”, - mətbuat xidməti əlavə edib.
Özbəkistan və Türkiyə həmçinin əməkdaşlığın mühüm istiqamətləri arasında iki ölkənin nəqliyyat və logistika potensialının, o cümlədən Orta Dəhlizin imkanlarından səmərəli istifadə etməklə, artırılmasını müəyyən ediblər.
İclasın yekununda hökumətlərə qəbul edilmiş qərarların həyata keçirilməsi üçün birgə yol xəritəsinin təsdiq edilməsi tapşırılıb.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşları açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın pul qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Türkiyə Azərbaycanla dövriyyəni 15 milyard dollara çatdırmağa hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə ilə İran arasında 10 anlaşma müqaviləsi imzalanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












