Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşları açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşları açıqlanıb


Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 12 milyard ABŞ dollarına çatıb, Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 19,5 milyard ABŞ dollarını ötüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "İş dünyasının görüşü" adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu göstəricilərin daha çox artmasına ümid edilir.

“Azərbaycan və Türkiyə prezidentləri bizim üçün hədəf qoyub ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmini 15 milyard ABŞ dollarına çatdıraq. Biz hər ötən il bu hədəfə yaxınlaşırıq. Ümid edirəm ki, ən qısa zamanda bu hədəfə çatacağıq. Bu istiqamətdə ölkələr arasında imzalanan Preferensial Ticarət Sazişinin çox önəmli olduğunu hesab edirik. Bu saziş ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün vacibdir. Preferansial Ticarət Sazişinin genişləndirilməsi üçün müqavilə imzalanıb”, - C.Yılmaz bildirib.

Oxşar xəbərlər

Türkiyənin vitse-prezidenti: "Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz: "Azərbaycanla Türkiyə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı genişləndirməyə davam edəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: "Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışırıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən Türkiyə şirkətləri 517 layihəyə imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər