İƏT xarici işlər nazirləri İsrailin Suriyadan çəkilməsini tələb edir
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri İsrailin Suriyadan çəkilməsini tələb edir.
“Sizinxeber.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirlərin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirdikləri növbədənkənar iclasının yekun bəyanatında qeyd olunub.
Bildirilib ki, İsrailə onun beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlərə geri qayıtması barədə çağırış olunub. Bəyanatda İsrailin Suriyaya hücumları və bu dövlətin ərazisinə müdaxilə qınanılıb. Qeyd olunub ki, Təl-Əvivin bu addımları beynəlxalq hüquq normalarının pozulması, gərginliyin artırılmasıdır.
Sənəddə BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüququn tətbiqi üçün təcili tədbirlər görməyə və İsraili hücumlarını dayandırmağa, işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etməyə çağırılıb. İsrailin fələstinliləri öz torpaqlarından çıxarmaq cəhdləri etnik təmizləmə, beynəlxalq hüququn kobud şəkildə pozulması və insanlığa qarşı cinayət kimi qiymətləndirilib.
İsrailin Qəzzaya qarşı "aclıq siyasəti"ni pisləyən bəyanatda, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla, qanunsuz məskunlaşma fəaliyyətləri və ilhaq cəhdlərinin dərhal dayandırılması tələb olunub.
Bundan başqa, Fələstinin BMT-yə tam üzvlüyü dəstəklənib. Həmçinin Qəzza zolağında 40 minə yaxın kimsəsiz uşağa dəstək vermək üçün Beynəlxalq Qayğı Fondunun yaradılması istənilib.
Bəyanatda digər ölkələrin İsrailə silah və sursat tədarükünü qadağan etməyə çağırış olunub.
Oxşar xəbərlər
BMT Baş katibi İsrailə Suriya ilə bağlı çağırış edib
Türkiyə üç vətəndaşının öldürülməsi ilə bağlı İsraili qınayıb
İran İsrailə qanuni cavab vermək hüququnu özündə saxladığını bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
