Polşa Prezidenti: Avropa müharibəyə hazır deyil
Polşa Prezidenti Andjey Duda “Rusiya imperializmi”nin dirçəlişindən danışıb və qeyd edib ki, Avropa potensial genişmiqyaslı fəaliyyətə hazır deyil.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Polsat News” yazır.
Duda müdafiə xərclərini ÜDM-in 3 %-ə çatdırmağa çağırıb. Onun sözlərinə görə, Polşa ictimaiyyəti hadisələrin belə inkişafına hazırdır.
Prezident qeyd edib ki, NATO-nun şərq cinahında yerləşən ölkələrdə müdafiə xərclərinin artması birbaşa təhlükə hissi ilə bağlıdır. Onun fikrincə, NATO müdafiə xərclərini artırmasa, Rusiya Ukrayna ilə münaqişə bitdikdən sonra NATO ölkələrindən birinə hücum etmək istəyə bilər.
Duda vurğulayıb ki, Avropa 2022-ci ilin fevralındakı vəziyyətin nümayiş etdirdiyi kimi müharibə təhlükəsinə tamamilə hazır deyil.
“Ukraynaya qısa zamanda silah ötürmək lazım gələndə məlum oldu ki, NATO-nun Avropa hissəsində mövcud olan bütün sursatlar yalnız bir neçə günlük müharibəyə çatacaq”, - o deyib.
Oxşar xəbərlər
Polşa Prezidenti NATO-ya müdafiə xərcləri həddini 3 %-ə qaldırmağı təklif edib
Polşa NATO zəmanəti olmadan “MiQ-29”u Ukraynaya vermək istəmir
Polşa Prezidenti ABŞ-Rusiya danışıqları fonunda Milli Təhlükəsizlik Şurasınının iclasını çağırıb
NATO Baş katibi müharibəyə hazırlığa çağırıb
NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











