Serbiya Prezidenti parlamentdəki qarşıdurmada xəsarət alan deputata baş çəkib
sizinxeber.az xəbər saytı

Serbiya Prezidenti parlamentdəki qarşıdurmada xəsarət alan deputata baş çəkib


Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün parlamentdə baş vermiş iğtişaşlar zamanı yaralanan deputat Yasmina Obradoviçə xəstəxanada baş çəkib.

“Report” xəbər verir ki, bu barədə Vuçiç sosial şəbəkə hesabında bildirib.

"Yasmina Obradoviçi ziyarət edirəm. Mən onun gücünə inanıram. Yasmina qalib gəlsə, Serbiya da qalib gələcək!" – o, xəstəxana palatasından şəkil yerləşdirərək yazıb.

Xatırladaq ki, Serbiya parlamentində müxalifət nümayəndələri, hakim koalisiya üzvləri və təhlükəsizlik xidməti əməkdaşları arasında qarşıdurma baş verib. Müxalif deputatlar hökumət əleyhinə plakatlar qaldırıb və pirotexniki vasitələr yandırıblar. Hadisə nəticəsində 3 deputat xəsarət alıb.

Oxşar xəbərlər

Müxalifət Serbiya parlamentində insident törədib, üç deputat yaralanıb - YENİLƏNİB
Müxalifət Serbiya parlamentində insident törədib
Muxtar Babayev Serbiya Prezidenti ilə görüşüb
Vuçiç Zelenski ilə telefon danışığı aparıb
Vuçiç impiçment referendumu ilə Serbiya prezidenti vəzifəsini tərk etməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər