Banqladeşdə yaxınlaşan “Remal” siklonu səbəbindən 800 minə yaxın insan təxliyə edilb
sizinxeber.az xəbər saytı

Banqladeşdə yaxınlaşan “Remal” siklonu səbəbindən 800 minə yaxın insan təxliyə edilb


Banqladeşdə sürəti 130 km/saata çata biləcək “Remal” siklonu öncəsi təxliyələrə başlanılıb.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bunu təbii fəlakətlərin idarə edilməsi və onların fəsadlarının ləğvi naziri Mohibur Rəhman deyib.

Məlumata görə, Benqal körfəzindəki siklon tufanı bazar günü axşamdan gecəyarısına kimi ölkənin sahil xəttini keçə bilər, buna görə on ən həssas bölgədən azı 800 min insan artıq təxliyə edilib.

Qurum rəhbəri daşqın, sürüşmə və tufan təhlükəsi barədə də xəbərdarlıq edib.

Onun sözlərinə görə, Banqladeş donanması, sahil mühafizəsi, polis, könüllü təşkilatlar və siyasi partiyalar davam edən kütləvi evakuasiya səylərini dəstəkləyir.

Banqladeş Daxili Su Nəqliyyatı İdarəsi bütün daxili marşrutlarda bütün növ çay gəmilərinin fəaliyyətini dayandırıb.

Çattqramdakı Şah Əmanət Beynəlxalq Aeroportu bazar günü günortadan etibarən uçuşları səkkiz saatlığına dayandırıb.

Oxşar xəbərlər

Qazaxıstanda 4 mindən artıq ev su altında qalıb, 63 mindən çox insanı təxliyə edilib
Qarabağda yeddi mindən çox erməni təxliyə edilib
Kiyevdə hava hücumu barədə xəbərdarlıq sistemləri SÖNDÜRÜLDÜ
Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox ev su altında qalıb
Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər