Berlin və Kiyev ukraynalı qaçqınlar üçün "Unity Hubs"ın yaradılması haqqında bəyannamə imzalayıblar
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya və Ukrayna iqtidar orqanları Ukraynada iş və ya mənzil tapmaqda ukraynalı qaçqınların dəstəklənməsi üçün nəzərdə tutulmuş "Unity Hubs" (Birlik Qovşağı - red.) adlandırılan mərkəzlərin yaradılması niyyəti haqqında bəyannamə imzalayıblar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Niyyət bəyannaməsi "Unity Hubs"ın fəaliyyət sahələrini müəyyənləşdirir. Əsas diqqət ukraynalıların Ukraynaya mümkün könüllü qayıtmalarında, Ukrayna və Almaniyada iş tapmaqda məsləhət və dəstək verməkdir", – məlumatda bildirilib.
Bundan başqa, "Unity Hubs", nazirliyin vurğuladığı kimi, Almaniyadakı ukraynalı qaçqınlar üçün əlaqə nöqtəsi kimi xidmət edəcək və həm ukrain, həm də alman dillərində mədəni tədbirlər, həmçinin dil kursları və regionşünaslıq dərsləri təklif edəcək.
Almaniyanın daxili işlər naziri Nensi Feserin sözlərinə görə, tezliklə Berlində ilk "Unity Hub" açılacaq.
Qeyd edək ki, 2022-ci ilin fevralından Almaniyaya 1,2 milyondan çox ukraynalı gedib. Onların 60 %-dən çoxu qadınlardır.
Oxşar xəbərlər
ABŞ Ukrayna üzrə planın hazırlanmasını yaxın vaxtlarda başa çatdıra bilər
Cənubi Sudanın şimalında vəbadan 70-dən çox adam ölüb
Almaniyada ukraynalı qaçqınlara müavinətlərin verilməsi dayandırıla bilər
Latviya ukraynalı qaçqınların yerli dili öyrənməsinə 4,7 milyon avro xərcləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
