Xorvatiyanın baş naziri yeni hökumət formalaşdıracaq
sizinxeber.az xəbər saytı

Xorvatiyanın baş naziri yeni hökumət formalaşdıracaq


Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ölkə Prezidenti Zoran Milanoviçdən növbəti hökuməti formalaşdırmaq üçün mandat alıb.

“Report” xəbər verir ki, bu barədə cümə günü EFE agentliyi məlumat yayıb.

Plenkoviç sosial şəbəkələrdə bildirib ki, o, parlamentin 151 deputatından 78-nin onu dəstəklədiyi sənədi dövlət başçısına təqdim edib. Bununla da sağ mərkəzçi Plenkoviç prezidentə parlamentdə kifayət qədər dəstəyə malik olduğunu sübut edib.

Xatırladaq ki, Plenkoviçin rəhbərlik etdiyi Xorvatiya Demokratik İttifaqı Partiyası aprel seçkilərini birinci yerdə başa vursa da, parlamentdə çoxluğu əldə edə bilməmişdi.

Bununla belə, baş nazir hakim koalisiya yaratmaq üçün tərəfdaşlar tapa bilib: koalisiya tərkibinə daha iki sağçı partiyanın deputatları daxil olub. Milli azlıqları təmsil edən bəzi deputatlar da onu dəstəkləyib.

Oxşar xəbərlər

Tayvanda Çinlə dialoqun tərəfdarı olanlar parlamentdə çoxluq qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şotlandiyanın yeni hökumət başçısı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ husi təhlükəsi ilə mübarizə üçün koalisiya yarada bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə parlamenti sabah İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşada polis deputatlar tərəfindən mühasirəyə alınan PAP agentliyinin binasına daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər