Polşada polis deputatlar tərəfindən mühasirəyə alınan PAP agentliyinin binasına daxil olub
sizinxeber.az xəbər saytı

Polşada polis deputatlar tərəfindən mühasirəyə alınan PAP agentliyinin binasına daxil olub


Polis Polşanın PAP (Polska Agencja Prasowa) xəbər agentliyinin mərkəzi binasına daxil olub.

"Report" xəbər verir ki, bu barədə “WPolityce.pl” portalı məlumat yayıb.

Qeyd edilib ki, polis binaya onu mühasirəyə alan keçmiş hakim Hüquq və Ədalət partiyasından olan Seym (parlamentin aşağı palatası) deputatlarının siyahısını tərtib etmək üçün daxil olub.

Məlumata görə, polis binadakı deputatların dəqiq sayı və adları barədə məlumat tələb edib.

Xatırladaq ki, ötən həftə yeni Baş nazir Donald Tusk tərəfindən təyin edilən Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç PAP və "Telewizja Polska" dövlət televiziya kanalının rəhbərlərini işdən çıxarıb, onları öz namizədləri ilə əvəz edib. Bu isə deputatlar tərəfindən etiraza səbəb olub.

Oxşar xəbərlər

Vaqif Əsədovun yerinə TƏYİNAT
Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür
Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı
19 yaşlı hamilə qadını bıçaqlayan şəxs SAXLANILDI
Xocalı və Xankəndinin komendantlarının adı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle