Bayden Çinin elektrik avtomobillərinə idxal tariflərini dörd dəfə artırmağı planlaşdırır
ABŞ prezidenti Cozef Bayden administrasiyası gələn həftə Çindən gələn təmiz enerji məhsullarına tarifləri artıracağını elan etməyi planlaşdırır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.
Qeyd olunub ki, tarif artımı Çinin kritik minerallarına, günəş panellərinə və batareyalarına təsir edəcək. Elektrikli avtomobillərin idxal tariflərinin 100%-ə qədər artacağı gözlənilir.
Qərar mayın 14-də elan edilə bilər. Hazırkı 25% tarif Çindən gələn ucuz elektrik avtomobillərinin Amerika bazarına daxil olmasına mane olmurdu.
Aprel ayında ABŞ prezidenti Cozef Bayden Çindən polad və alüminium idxalına rüsumları üç dəfə artırmaq niyyətində olduğunu açıqlamışdı.
Oxşar xəbərlər
ABŞ Çindən idxal olunan mallara rüsumları artıra bilər
Bayden ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini təsdiqləyib
KİV: Ağ ev İsrailə on milyonlarla dollarlıq silah-sursat göndərməyə hazırlaşır
Bayden: İranın İsrailə hücumu uğursuz oldu
Ursula fon der Lyayenlə Bayden Avropanın Ukraynaya yardımını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













