Gələn il Azərbaycan neftinin büdcə qiyməti 65 dollar olacaq.

Oxu.Az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair məlumatında yer alıb.

Bildirilib ki, Azərbaycanın 2027-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti bu ildəki kimi 65 ABŞ dolları götürülüb.