HƏMAS İsraillə razılaşma əsasında beşinci qrup girovları azad etməyə hazırlaşır
sizinxeber.az xəbər saytı

HƏMAS İsraillə razılaşma əsasında beşinci qrup girovları azad etməyə hazırlaşır


Fələstinin HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın nümayəndələri İsraillə Qəzza zolağında atəşkəs haqqında razılaşma çərçivəsində beşinci girov qrupunu azad etməyə hazırlaşır.

“Report” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, 3 israilli məhbusun müqabilində 183 fələstinli məhbus azad ediləcək.

Məhkumların dəyişdirilməsinin anklavın mərkəzindəki Deyr əl-Bələh şəhərində olacağı planlaşdırılır.

Qeyd edək ki, dünən HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə azad ediləcək 3 israilli məhbusun adlarını da açıqlamışdı.

Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-dan qüvvəyə minib.

Oxşar xəbərlər

“HƏMAS” azad ediləcək üç girovun adını vasitəçilərə verib
HƏMAS israilli girovların ikinci hissəsinin yanvarın 25-də azad edəcək
HƏMAS yanvarın 19-da üç israilli girovu azad edəcək
"İslami Cihad" azad ediləcək iki girovu qaytarıb
KİV: HƏMAS girovların siyahısını cümə günləri təqdim edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər