Niger, Mali və Burkina-Faso rəsmi olaraq ECOWAS-dan çıxıb
Niger, Mali və Burkina-Faso Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxma prosesini rəsmi olaraq başa çatdırıb.
“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə regional birliyin bəyanatında bildirilib.
"Qərar bu gün qüvvəyə minib", - bəyanatda vurğulanıb.
Eyni zamanda, birlik "ECOWAS-ın qapılarını açıq saxlamağı" vəd edib. Təşkilatın rəhbərliyi, həmçinin birlik ölkələrinə müraciət edərək Niger, Mali və Burkina-Faso üçün ECOWAS üzvlüyündə nəzərdə tutulan imtiyazları, o cümlədən ittifaq pasportu olduqda regionda sərbəst hərəkəti saxlamağı xahiş edib.
2024-cü ilin yanvar ayında Burkina-Faso, Niger və Mali üç ölkəyə qarşı qeyri-qanuni sanksiyalara görə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxdıqlarını elan ediblər.
Oxşar xəbərlər
Afrikanın üç ölkəsi Fransa xuntasının başlatdığı saxta manevrləri izləyir
Burkina-Faso özünün Atom Enerjisi Agentliyini yaradıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
