Aİ kiberhücumlara görə üç rusiyalını “qara siyahı”ya salıb
sizinxeber.az xəbər saytı

Aİ kiberhücumlara görə üç rusiyalını “qara siyahı”ya salıb


Avropa İttifaqı (Aİ) Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) zabitləri olduğu və birlik ölkələrinə kiberhücumların həyata keçirilməsinə görə məsuliyyət daşıdığını iddia edilən üç Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə müvafiq nornativ aktların dərc olunduğu Aİ-nin rəsmi jurnalında deyilir.

“Siyahıya üç fiziki şəxs əlavə edilməlidir. Bu şəxslər Aİ-yə üzv dövlətlər üçün xarici təhlükə yaradan əhəmiyyətli təsiri olan kiberhücumlara görə məsuliyyət daşıyırlar və ya bu işlərdə birbaşa iştirak ediblər”, - sənəddə deyilir.

“Qara siyahı”ya BKİ zabitləri olduğu iddia edilən Rusiya vətəndaşları - Nikolay Korçagin, Vitali Şevçenko və Yuri Denisov salınıb.

Oxşar xəbərlər

Aİ Rusiya, Gürcüstan və Moldovadan olan 16 şəxsi “qara siyahı”ya alacaq
ABŞ 250-yə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib - YENİLƏNİB
ABŞ Rusiya və İranın bəzi hərbi kəşfiyyat idarələrinə sanksiyalar tətbiq edir
Avropalı nazirlər Rusiya və Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər