ABŞ Yəməndə zenit-raket sistemini sıradan çıxarıb
ABŞ ordusu Yəmən ərazisinə növbəti zərbə endirərək zenit-raket kompleksini hədəfə alıb.
"Report"un xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"CENTCOM qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində yer-hava raket sistemini uğurla məhv edib", - komandanlığın “X” (əvvəlki tviter) səhifəsində yerləşdirilən məlumatda qeyd edilir.
Bundan əlavə, CENTCOM qüvvələri şənbə günü Qırmızı dəniz üzərində pilotsuz uçuş aparatını (PUA) vurub.
Qəzza zolağında qarşıdurmanın daha da şiddətlənməsindən sonra “Ənsar Allah” (Husi) hərəkatı Fələstin anklavında əməliyyat dayandırılana qədər İsrail ərazisinə hücumlar həyata keçirəcəkləri və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib. Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.
“Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, ABŞ hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradılması və əməliyyata başladığını elan edib.
Oxşar xəbərlər
Husilər Ədən körfəzində yük gəmisini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya esminesi Qırmızı dənizdə husilərin PUA-sını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazır olduqlarını bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ esminesi Qırmızı dəniz üzərində husilərin PUA-sını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya və ABŞ yaxın günlərdə husilərə qarşı yeni sanksiya elan edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












