KİV: Tramp Venesuelada hakimiyyət dəyişikliyinə nail olmağa çalışacaq
ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyası Venesuelada hakimiyyət dəyişikliyinə və Prezident Nikolas Maduronun istefasına nail olmağa çalışacaq.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı Trampın komandasındakı mənbəyə istinadən məlumat yayıb.
Trampın müşavirləri qeyd ediblər ki, respublikaçı Venesuelada hərbi əməliyyatlara əl atmadan iqtidar dəyişikliyinə cəhd etməyi nəzərdən keçirir.
Xatırladaq ki, yanvarın 10-da Nikolas Maduro Venesuelada üçüncü prezidentlik müddətinə başlayıb. Ötən il iyulun 28-də keçirilmiş seçkilərdə o, səslərin 51,95 %-ni qazanıb, əsas rəqibi sağçı qüvvələrin nümayəndəsi və keçmiş diplomat Edmundo Qonsales isə 43,18 % səs toplayıb. Lakin Qonsales çoxsaylı pozuntular olduğunu bildirərək seçkilərin nəticələrini tanımaqdan imtina edib və özünü ölkənin qanuni seçilmiş lideri elan edib.
Maduronun yenidən seçilməsi beynəlxalq arenada parçalanmaya səbəb olub. Boliviya, İran, Çin, Kuba, Rusiya və Nikaraqua kimi ənənəvi olaraq Karakas rejiminə müttəfiq olan ölkələr onu dəstəkləyib. Eyni zamanda, Argentina, Böyük Britaniya, Kanada, Paraqvay, ABŞ və Ekvador kimi demokratik dövlətlər azad və ədalətli seçkilərə can atan Qonsales və Venesuela xalqı ilə həmrəylik nümayiş etdirərək Maduronun üçüncü müddətini tanımaqdan imtina ediblər.
Oxşar xəbərlər
Argentina, Peru və Çili Maduronun qələbəsini tanımayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Parlament Maduronun həbsinə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuelada prezident seçkiləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maduro: Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













