sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Donetskdə Ukrayna ordusu tərəfində vuruşan azərbaycanlı hərbçi yaralanıb
Donetsk vilayətində Ukrayna ordusu tərəfində vuruşan azərbaycanlı hərbçi yaralanıb.
"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, Bəşirzadə Təyyar Əli oğlu Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında güllə yarası alıb.
Hazırda vəziyyəti orta ağır olan azərbaycanlı Ukrayna şəhərlərinin birində xəstəxanaya yerləşdirilib.
Əslən Bərdə rayonundan olan T.Bəşirzadə uzun illərdir Ukraynanın Ternopıl şəhərində yaşayır, müharibəyə qədər bu ölkədə idman sahəsində fərqlənən azərbaycanlılardan olub.
Oxşar xəbərlər
Donetsk vilayətində avtobus qəzasında 3 nəfər ölüb, 26 nəfər yaralanıb
Rusiya Xersona dronlarla hücum edib - azərbaycanlı ağır yaralanıb
Rusiya ordusu Ukraynanın Donetsk vilayətində daha iki yaşayış məntəqəsini ələ keçirib
Rusiya ordusu Donetsk vilayətinin daha bir kəndini işğal edib
Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərində yaşayış məntəqələrini ələ keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













