Suriya İsrailin onun ərazisinə doğru irəliləməsini qəbuledilməz adlandırıb
İsrail qüvvələrinin Suriya ilə sərhəddəki bufer zonada irəliləməsi qəbuledilməzdir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şaraa Dəməşqdə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqlardan sonra deyib.
Əl-Şaraanın sözlərinə görə, İsrail iranlı silahlı birləşmələrin mövcudluğu bəhanəsi ilə bufer zonada irəliləyib.
“Dəməşqin azad edilməsindən sonra bu əsaslandırma artıq yersizdir”, - o vurğulayıb.
Əş-Şaraa qeyd edib ki, beynəlxalq tərəflər Suriyanın 1974-cü il razılaşmasına əməl etməsi və ölkənin BMT qüvvələrini qəbul edib onları müdafiə etməyə hazır olması barədə məlumatlandırılıb.
“Hər kəs İsrailin Suriyaya doğru irəliləməsinin səhv və əvvəlki vəziyyətə qayıtmağın lazım olduğunu qəbul edir”, - Dəməşqdəki yeni administrasiyanın lideri deyib.
Oxşar xəbərlər
Suriya İsraillə sərhədə BMT qüvvələrinin yerləşdirilməsinə razılıq verib
İsrail hərbçilərinə Suriya ilə bufer zonada nəzarəti təmin etmək əmri verilib
Misir İsrail ordusunun öz qüvvələrini Suriyanın bufer zonasına yerləşdirməsini pisləyib
Əhməd əl-Şaraa: Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir
KİV: İsrail Ordusu Suriya ərazisinə daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
