Yunanıstanda Baş nazir spikeri prezidentliyə namizəd irəli sürüb
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis parlament sədri Konstantin Tassulasın namizədliyini ölkə prezidenti vəzifəsinə irəli sürüb.
"Sizinxeber.az" "Reuters"ə istinadən xəbər verir ki, hazırkı Prezident Katerina Sakellaropulunun səlahiyyət müddəti martda başa çatır.
Bildirilir ki, bu vəzifə üçün parlament səsverməsinin yanvarın 25-də keçirilməsi gözlənilir.
Seçilmək üçün namizəd 300 yerlik parlamentdə ən azı 151 deputatın dəstəyini almalıdır.
K.Tassulas 2019-cu ildən hakimiyyətdə olan "Yeni Demokratiya" partiyasının üzvüdür. Siyasi analitiklər onun namizədliyini hökumətin "Yeni Demokratiya"nın bütün fraksiyalarının dəstəyini təmin etmək və çoxluğunu qorumaq istəyən risksiz bir addımı kimi qiymətləndirirlər.
Müxalifət partiyaları onun namizədliyini dəstəkləməyə bilər. Solçu "Syriza" partiyası bu vəzifəyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) direktor işləmiş keçmiş iqtisadiyyat naziri Luka Katselini təklif edib.
Oxşar xəbərlər
Britaniya DİN-in sabiq rəhbəri Mühafizəkarlar Partiyasının lideri olmaq istəyir
Zelenski Ukrayna XİN başçısı vəzifəsinə Sibiqanın namizədliyini irəli sürüb
İrakli Kobaxidzenin Gürcüstanın Baş nazir vəzifəsinə namizədliyi parlamentə təqdim edilib
İran Prezidenti bir sıra nazir vəzifələrinə namizədlər irəli sürüb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna namizəddir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










