Braziliya prezidentinə sui-qəsd təhlükəsi olub
sizinxeber.az xəbər saytı

Braziliya prezidentinə sui-qəsd təhlükəsi olub


Braziliya Federal Polisi yanvarda hücumun hazırlanması barədə məlumatlar ortaya çıxdıqdan sonra ölkə prezidenti Luis İnasiu Lula da Silvaya qarşı sui-qəsd cəhdinin araşdırılmasına başlayıb.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Terra” nəşri məlumat yayıb.

Qeyd olunur ki, prezidentin həyatına təhlükə olması barədə polisə məlumat yanvarın əvvəlində daxil olub. Məktubda bildirilib ki, hələ də şəxsiyyəti müəyyən edilməmiş sui-qəsdçilər Lula da Silva və Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleşandri di Moraysa qarşı sui-qəsd etmək istəyiblər.

“CNN Brasil” telekanalının məlumatına görə, polis sui-qəsdin təşkilatçılarının partlayıcı maddələr, qumbaralar və Amerika istehsalı olan Barrett M82 tüfənglərindən istifadə etməyi planlaşdırdığını hesab edir. Ölkə hökuməti Lula da Silva və di Moraysın həyatına təhlükənin tam aradan qaldırılıb-qaldırılmadığını açıqlamayıb.

Oxşar xəbərlər

Lula da Silva: Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq
Braziliyanın sabiq müdafiə naziri prezidentə qarşı qəsd ittihamlarını rədd edib
Braziliya Prezidenti xəstəxanadan buraxılıb
Braziliya Venesuelaya qarşı birtərəfli sanksiyaları dəstəkləməyib
Braziliya Prezidenti BRİKS sammitində iştirak edə bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər