Tramp ABŞ tarixində mühakimə olunan ilk prezident olub
Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp barəsində şərtsiz azad etmə qərarı çıxarıb.
"Sizinxeber.az"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, bununla da mühakimə olunan ABŞ-nin ilk prezidenti kimi ölkə tarixinə düşüb.
Məhkəməyə videobağlantı vasitəsilə qatılan yeni dövlət başçısı 34 maddə üzrə təqsirli bilinib. Hökmə əsasən, Tramp təqsirli olaraq qalacaq, nə həbs, nə də cərimə olunacaq.
Xatırladaq ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilirdi.
Qeyd edək ki, Donald Tramp ABŞ tarixində cinayət əməllərində ittiham olunan ilk prezidentdir. Onun barəsində ümumilikdə 4 cinayət işi açılıb.
Oxşar xəbərlər
Tramp Floridada prezident seçkilərində səs verib
Tramp: Ərdoğanla dostam, o, ağıllı və güclü liderdir
Tramp ABŞ-ın 47-ci prezidenti seçilib
Tramp 2021-ci ildə Kapitoliyə basqında təqsirli bilinənləri əfv etmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
