Tramp 2021-ci ildə Kapitoliyə basqında təqsirli bilinənləri əfv etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Tramp 2021-ci ildə Kapitoliyə basqında təqsirli bilinənləri əfv etmək niyyətindədir


ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp 2021-ci ilin yanvarında Konqresin binasına (Kapitoliyə) basqında təqsirli bilinərək həbs olunanları əfv etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Tramp “Time” nəşrinə müsahibəsində söyləyib.

“Hər bir işə ayrıca baxacağam və insanlar zorakılıq etməyiblərsə, düşünürəm ki, onlar artıq kifayət qədər ağır cəza çəkiblər”, - o deyib.

Tramp əlavə edib ki, vəzifəyə gəldikdən dərhal sonra ilk bu işlə məşğul olacaq. “Bəlkə də səlahiyyət müddətimin ilk 9 dəqiqəsində bunu etdim”, - o bildirib.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Konqres 2020-ci ildə keçirilmiş və Cozef Baydenin qazandığı prezident seçkilərinin nəticələrini təsdiqləyəcəkdi. Həmin gün Trampın çoxlu sayda tərəfdarı Vaşinqtonda etiraz aksiyasına toplaşmışdı. Bəzi nümayişçilər Konqres binasına daxil olaraq iclası pozmuşdu. Demokrat konqresmenlər insidentə görə Trampı günahlandırıblar.

Oxşar xəbərlər

Tramp Baydenin oğlunu əfv etmək qərarını pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Evdə Baydenlə Tramp arasında görüş olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Pompeo və Heyli yeni administrasiyaya dəvət edilməyəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp kriptovalyuta birjasının rəhbəri ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər