Nigeriya Silahlı Qüvvələri ölkənin şimal-şərqində 34 yaraqlını məhv edib
Nigeriya Silahlı Qüvvələrinin bölmələri ölkənin şimal-şərqində terrorçuların bazasını dağıdaraq 34 yaraqlını öldürüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Leadership” qəzeti məlumat yayıb.
"Ümumilikdə 34 terrorçu məhv edilib, 23 avtomat müsadirə olunub. Çoxlu sayda sursat ələ keçirilib", - Nigeriya Ordusunun Baş Qərargahının ictimaiyyətlə əlaqələr xidmətinin direktoru general-mayor Edvard Buba deyib.
O, həmçinin əməliyyat zamanı altı hərbçinin həlak olduğunu bildirib.
Antiterror əməliyyatı Borno ştatında keçirilib. Hərbçilərə yerli özünümüdafiə dəstələrinin döyüşçüləri fəal dəstək göstəriblər.
Nigeriya ərazisində bir neçə terror qruplaşması fəaliyyət göstərir və onlardan ən böyüyü "Boko Haram"dır. 2023-cü ildə Nigeriya terror hücumlarının qurbanlarının sayına görə dünyada səkkizinci, Afrikada dördüncü yeri tutub. 2020-ci ildə terrorçular ölkədə 1,5 min nəfəri öldürüb, daha 1,5 min nəfər isə çoxsaylı cinayətkar qruplaşmaların üzvləri tərəfindən öldürülüb.
Oxşar xəbərlər
Nigeriyada antiterror əməliyyatında 200-ə yaxın silahlı zərərsizləşdirilib
Nigeriyada 70 terrorçu məhv edilib
Nigeriyada antiterror əməliyyatı zamanı 200-ə yaxın silahlı öldürülüb
Nigeriyada terrorçular 81 sakini qətlə yetirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

