Trüdo Trampa qarşı çıxıb: Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq
sizinxeber.az xəbər saytı

Trüdo Trampa qarşı çıxıb: Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq


Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını deyib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Kanada hökumətinin başçısı “X” sosial şəbəkəsində yazıb.

“Kanadanın ABŞ-nin bir hissəsi olmaq şansı zərrə qədər də yoxdur”, - paylaşımda qeyd edilir.

Onun sözlərinə görə, hər iki xalq öz ölkələrinin ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından faydalanır.

Bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, bir çox kanadalılar ölkələrinin Birləşmiş Ştatların 51-ci ştatı olmasını dəstəkləyirlər. O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.

Oxşar xəbərlər

Trüdo Kanadanın ABŞ-yə qoşulma şansı olmadığını deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Kanada ABŞ-nin 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp növbəti dəfə Kanadanı ABŞ-nin ştatı olmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanadanın baş naziri Trampa xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bloomberg: Trüdo Tramp ilə görüşmək üçün Floridaya gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər