Qırğızıstanda məsafədən səsvermə tətbiq oluna bilər
sizinxeber.az xəbər saytı

Qırğızıstanda məsafədən səsvermə tətbiq oluna bilər


Qırğızıstan seçkilərdə uzaqdan elektron səsvermənin tətbiqi imkanını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurjan Şaildabekova Moskvada keçirilən forumda bildirib.

“Qırğızıstanın parlamenti və vətəndaşları uzaqdan elektron səsvermə ilə bağlı qərar qəbul etsələr, bu model tətbiq olunacaq”, - MSK sədri bildirib.

Onun sözlərinə görə, oxşar sistem artıq 2023-cü ildə yerli özünüidarəetmə orqanlarına seçkilərdə sınaqdan keçirilib. Qırğızıstan MSK sədri əmin edib ki, ölkədə seçki sistemində islahatlar prosesi artıq 10 ildir ki, davam edir və texnologiya özlüyündə son deyil:

“İslahat seçki sisteminin demokratikləşməsinə həsr olunmuşdu. Nəticədə biometrik qeydiyyatı və səsvermənin nəticələrinin avtomatik hesablanmasını özündə birləşdirən modelin xeyrinə seçim edilib. İki komponentdən ibarət bu model bizə əsas vəzifənin həllini təmin etdi - səsvermənin nəticələrinin tam etibarlılığını və seçkilərdə iştirak edən seçicilərin etibarlılığını təmin etmək”.

Oxşar xəbərlər

Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur
“Səsvermə günü kimsə ölsə, məlumatımız olacaq”
İlham Əliyev 92,12 % səslə qalib oldu - MSK-dan yekun nəticə
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib
Məzahir Pənahov: “Xalq öz liderini seçdi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər