ABŞ Prezidenti İtaliyaya səfər edəcək
ABŞ Prezidenti Cozef Bayden yanvarın 9-12-də Romaya səfər edəcək, İtaliyanın baş naziri Ciorcia Meloni, həmçinin Roma Papası Fransisklə görüşəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yazılı açıqlamasında bildirilir.
“Bayden Roma Papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Meloni ilə ayrı-ayrılıqda görüşlər keçirmək üçün 9-12 yanvar tarixlərində İtaliyanın paytaxtı Romaya gedəcək”, - sənəddə qeyd olunur.
"Prezident Bayden yanvarın 10-da Roma Papası ilə görüşərək dünya sülhünün təşviqi səylərini müzakirə edəcək", - Jan-Pyer deyib.
Bayden ABŞ-İtaliya münasibətlərinin gücünü vurğulamaq və Baş nazirə minnətdarlığını bildirmək üçün İtaliya rəhbərliyi ilə də görüşəcək.
Oxşar xəbərlər
Roma Papası Zelenskini qəbul edəcək
Bayden Almaniyaya səfər edəcək
Bayden BMT Baş Assambleyası çərçivəsində dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək
İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
