sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsrail Yəmənə zərbələr endirib, doqquz nəfər ölüb
İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Yəmən ərazisinə endirdiyi zərbələr nəticəsində azı doqquz nəfər ölüb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Es-Salif şəhər limanına edilən hava hücumu zamanı yeddi nəfər öldürülüb. Daha iki nəfər Əl-Hodeyda əyalətinin Ras-İsa bölgəsindəki neft obyektinə edilən hava hücumları nəticəsində həlak olub.
Daha əvvəl eyni telekanal Sanada iki mərkəzi elektrik stansiyasının bombardman edildiyini bildirmişdi.
Öz növbəsində İsrail ordusu qiyamçılara məxsus obyektlərə, o cümlədən limanlara və Sanadakı enerji infrastrukturuna hava zərbələri endirdiyini təsdiqləyib.
Oxşar xəbərlər
İsrail Qəzzaya hava zərbəsi endirib, üç nəfər ölüb
İsrail HHQ-nin Beyruta hücumu nəticəsində 11 nəfər ölüb, 33 nəfər yaralanıb - YENİLƏNİB
Beyrutda İsrail HHQ-nin hücumu nəticəsində dörd nəfər ölüb, 23 nəfər yaralanıb
ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib
İsrail husilərin neft anbarlarına zərbələr endirib, 4 nəfər ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













