ABŞ Ordusunun Mərkəzi Komandanlığının rəhbəri Livana səfər edib
sizinxeber.az xəbər saytı

ABŞ Ordusunun Mərkəzi Komandanlığının rəhbəri Livana səfər edib


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla çərşənbə günü atəşkəs razılaşmasının həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Livana səfər edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində xəbər yayıb.

“General Maykl Kurilla dekabrın 11-də Beyruta səfər edib və Livan ordusunun komandanı Cozef Aun, həmçinin İsrail və Livan arasında atəşkəs sazişinə əməl olunmasına nəzarət mexanizminin həmsədri general-mayor Casper Ceffers ilə görüşüb”, - paylaşımda qeyd edilir.

Görüş zamanı Suriyadakı təhlükəsizlik vəziyyəti, bunun regionda sabitliyə təsiri və Livan Ordusu ilə ABŞ Mərkəzi Komandanlığı arasında hərbi tərəfdaşlığın qurulması tədbirləri müzakirə edilib.

Qeyd edilir ki, Kurilla Livanın cənubunda İsrail Ordusunun çıxarılması və onların Əl-Xiyamda Livan Ordusu ilə əvəzlənməsi prosesini ilk vacib addım hesab edir.

Oxşar xəbərlər

ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə səfər edəcək
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Suriyada Amerika hərbçilərini ziyarət edib
Almaniyanın xarici işlər naziri Livana səfər edib
Livan İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər