Netanyahunun ofisi İsrailin Fələstin dövlətinin tanınması ilə bağlı xəbəri təkzib edib
sizinxeber.az xəbər saytı

Netanyahunun ofisi İsrailin Fələstin dövlətinin tanınması ilə bağlı xəbəri təkzib edib


İsrailin baş naziri Benyamin Netanyahunun ofisi ölkənin Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması müqabilində Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına razılıq verməyə hazır olduğu iddiası ilə bağlı “İsrail Hayom” qəzetində dərc edilən məqaləni təkzib edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “TASS”ın müvafiq sorğusuna baş nazir ofisinin cavabında deyilir.

“İsrailin Fələstin dövlətinin yaradılmasına razılığı ilə bağlı “Israel Hayom” nəşrində dərc edilən məqalə yalandır”, - ofis bildirib.

Daha əvvəl bu qəzet mənbəyə istinadən bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonun Fələstin dövlətini tanımaq niyyətini bildirməsi fonunda fələstinlilərlə birbaşa sülh danışıqlarının bərpasını Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasında irəliləyişlə əlaqələndirmək imkanını nəzərdən keçirir.

İsrail Hayom iddia edib ki, baş nazir ABŞ administrasiyası ilə planlaşdırılan kompromis barədə anlaşma formalaşdırır.

Oxşar xəbərlər

Netanyahu: "İsrail-Fələstin sülh müqaviləsi tezliklə bağlanmayacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu İrana xəbərdarlıq etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin energetika naziri: Ayrıca Fələstin dövlətinin yaradılması təhlükəlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Ali Məhkəməsi mübahisəli məhkəmə qanununu ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinkenlə Netanyahunun görüşünün təfərrüatları məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər