

Tramp əsas düşməninin adını açıqlayıb
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə “The New York Post” yazıb.
“İlk gün mən Amerika tarixində ən böyük deportasiya proqramını işə salacağam. Biz bütün bu quldurları qovmalıyıq. Tutulan hər şəhəri və qəsəbəni xilas edəcəyəm. Bu qaniçən cinayətkarları zindana atıb, sonra da ölkədən qovacağıq”, - Tramp 1789-cu il Xarici Düşmənlər Aktını işə salmaqla hədələyərək deyib.
Qeyd edək ki, banda Venesuelada təxminən 15 il əvvəl yaranıb. Amerika təhlükəsizlik qüvvələri dəstəni bir anda bir neçə ölkədə - Peru, Çili və Kolumbiyada milli təhlükəsizliyə təhdid adlandırıb.
Brazilya, Ekvador, Boliviya və Kosta-Rikada bandanın hüceyrələri də fəaliyyət göstərir. Bundan əlavə, ABŞ Daxili Təhlükəsizlik Departamenti bildirib ki, dəstə üzvləri ölkənin ən böyük 16 ştatında daimi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Amerika mediası: Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir
Tramp inauqurasiyadan əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
Tramp inauqurasiyadan sonra ordu ilə miqrantları kütləvi şəkildə deportasiya edəcək
Tramp ABŞ-ın 47-ci prezidenti seçilib
Tramp Rusiya və Çini ABŞ-ın düşməni hesab etmədiyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
