İran səfiri Məhəmməd Totonçi PUA zərbəsinə görə Küveyt Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.

Səfirə etiraz notası təqdim olunub.

Qeyd edək ki, noyabrın 26-da İranın PUA ilə Küveytdə obyektlərdən birinə endirdiyi zərbə nəticəsində İtaliyanın 2 vətəndaşı həlak olub. Küveyt hakimiyyətinin məlumatına görə, Küveyt və Pakistan vətəndaşları da yaralanıb.