İsrail ordusu HƏMAS-ın girov götürdüyü iki nəfəri xilas edib
sizinxeber.az xəbər saytı

İsrail ordusu HƏMAS-ın girov götürdüyü iki nəfəri xilas edib


HƏMAS-ın 6 oktyabr hücumları zamanı girov götürdüyü iki nəfər Qəzzanın cənubundakı Rəfah şəhərində gecə əməliyyatı zamanı xilas edilib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hərbi qurumun yaydığı açıqlamada xilas edilən girovların 60 yaşlı Fernando Simon Marman və 70 yaşlı Lui Har olduğu bildirilir. Onlar radikalların hücumuna uğramış Nir-İtsxak kibutsundan olublar.

Qeyd olunub ki, cütlük İsrailin mərkəzindəki Şeba xəstəxanasına aparılıb. Xəstəxanadan verilən açıqlamada ikilinin vəziyyətinin yaxşı olduğu həkimlər tərəfindən təsdiqləndiyi bildirilib.

Oxşar xəbərlər

İsraillə HƏMAS arasında girov mübadiləsi ilə bağlı ciddi fikir ayrılığı mövcuddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu: Xan Yunisdə girovların saxlanıldığı tunel aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzzada HƏMAS-a məxsus hərbi infrastrukturu məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzzanın cənubunda aktiv döyüş əməliyyatlarına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər