sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ-ın müdafiə naziri xəstəxanadan evə buraxılıb
Yanvarın 1-də xəstəxanaya yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Ostin bazar ertəsi xəstəxananı tərk edib:
“Nazir hələ də sağalır və həkimlərinin göstərişi ilə Pentaqona tam qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək”, - bəyanatda deyilir.
Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.
Oxşar xəbərlər
“Neftçi”nin gənc qapıçısı xəstəxanadan evə buraxılıb
ABŞ və Ukrayna müdafiə nazirləri Qərbin Kiyevə dəstəyini müzakirə ediblər
Pentaqon İsrailə yardım vəd edib
ABŞ və İsrail müdafiə nazirləri danışdı
Norveç Ukraynaya birbaşa silah satışına icazə verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













